MƏLUMAT

single-news
26 İyn 2026

MƏLUMAT



Komandamızın futbolçusu Bəhlul Mustafazadə müalicəsini və fərdi reabilitasiya proqramını xaricdə davam etdirir. Aparılan müayinələrin nəticələrinə əsasən, xroniki simfizit (osteitis pubis) diaqnozu (qasıq nahiyəsində xroniki zədə) qoyulan futbolçumuzun vəziyyəti mütəmadi olaraq nəzarətdə saxlanılır və bərpa prosesi plan üzrə davam edir.

 

Əvvəlki zədə ilə bağlı əməliyyatdan sonrakı bərpa prosesi tam normal gedir və həmin nahiyə üzrə hər hansı narahatlıq və ya problem qeydə alınmayıb. Müdafiəçimizin meydanlara qayıdışının təxminən 5 həftə ərzində baş tutacağı gözlənilir. Bəhlulun qayıdış vaxtı funksional qiymətləndirmənin nəticələrinə əsasən müəyyən ediləcək.

Paylaş

// pop up