MƏNƏVI DƏYƏRLƏR HƏR ŞEYDƏN ÖNƏMLIDIR.
5 Fev 2007
MƏNƏVI DƏYƏRLƏR HƏR ŞEYDƏN ÖNƏMLIDIR.
Bu gün bəzi mətbuat səhifələrində “Qarabağ” Futbol Kubunun baş məşqçisi Rasim Kara haqqında heç də gerçəyi əks etdirməyən məlumatlar yayılmışdır. Deyilənlərə görə təcrübəli çalışdırıcı müəyyən məbləğin qarşılığında “Qarabağ” Futbol Klubunda Baş Məşqçi postunu tutmasına razılıq vermişdir. Lakin “Qarabağ” Futbol Klubu rəsmi olaraq bəyan edir ki, yayılan söz-söhbətlər təmamilə əsassızdır və Rasim bəy yenidən Azərbaycana dönüşündə heç də maliyyə əsaslı məsələlər önəmli rol oynamayıb. Rasim Karanın özünün verdiyi açıqlamada “Qarabağ” seçdiyi zaman məhz milli, mənəvi dəyərlərə üstünlük verdiyini açıqlayıb.” Kəsinliklə bildirirəm ki, “Qarabağa gəlməyimdə, pul önəmli məsələ olmayıb. Türkiyə və Azərbaycan iki dövlət bir millətdir. Azərbaycan futbolu bu gün yeni inkişaf mərhələsinə qədəm qoyub. Mən də özümü bu millətin övladından ayırmıram. Ona görədə klubumuzun vitse-prezidenti Taher Gözelin təklifini böyük məmnuniyyətlə qəbul etdim. Xüsusilə, “Qarabağ” eyniadlı bölgəsinin Azərbaycan xalqının yaralı yeri olduğunu nəzərə alsaq 1 milyondan çox qaçqının komandanın uğurlarıyla sevinə biləcəyini nəzərə alıb bu işə sevə-sevə razılıq verdim. Göründüyü kimi klubun yeritdiyi gəncləşdirmə siyasəti də bizim məhz Azərbaycan futboluna xidmət etmək istədiyimizi bildirir. Belə, xeyirxah məramların olduğu yerdə heç bir pul məsələlərini müzakirə obyektinə çevrilməsi qeyri-mümkündür. Tahir və Əmrah bəyin sadəcə nəticəyə deyil, sabahın Azərbaycan futbolunun təminatçılarını yetişdirmək istədiyini anladıqda doğru qərar verdiyimi anladım. Göründüyü kimi artıq klubumuzun 14 üzvü artıq müxtəlif yığmalara cəlb olunub. Bu da bizim sadəcə Azərbaycan futboluna xidmət etmək istədiyimizin bariz bir nümunəsidir. “Qarabağ” klubunda çalışmaq bir vətəndaş olaraq ölkənin milli dəyərlərinə, mənəvi düşüncəsinə və tarixinə qiymətləndirmək baxımından özümə şərəf borcu bilirəm”
“Qarabağ” Futbol Klubu da Rasım bəyin dediklərini dəstəkləyərək anlaşma zamanı heç bir maddi məsələlərin müzakirə olunmadığını və çalışdırıcının məhz QARABAĞIN təmsilçısi “Qarabağ”ı çalışdıracağı düşüncəsi üzərinə maliyyə yönlü söhbətlərə rəvac verməmişdir. Bununla da Rasim bəy “Qarabağ”ı məhz tarixi bağlılıq, mənəvi borc kimi əxlaqi prinsiplər əsasında çalışdırmağa razılıq verdiyini rəsmi surətdə bəyan edirik.