Mərkəzi arena və TV-nin ilki

single-news
19 Okt 2012

Mərkəzi arena və TV-nin ilki



Sabah `Qarabağ`ımız premyerliqanın XIX turu çərçivəsində ev sahibi olaraq `Bakı`nı qəbul edəcək. Komandamız bu il eyni zamanda ilk dəfə Tofiq Bəhramov adına stadionun xidmətindən yararlanacaq. Bu oyun yeni mövsümdə `Qarabağ` üçün daha bir ilklə yadda qalacaq. Belə ki, cari mövsümdə ilk dəfə `Qarabağ`ımızın iştirak etdiyi oyun canlı yayımlanacaq. Oktyabrın 20-si saat 16:00-da mərkəzi arenada başlayacaq oyunu `İdman-Azərbaycan` kanalı canlı olaraq ekranlara gətirəcək.

Paylaş

// pop up