Məşqçimiz `Şaxtyor`un seminarında iştirak edib
6 Apr 2011
Məşqçimiz `Şaxtyor`un seminarında iştirak edib
`Qarabağ`ımız daim inkişaf və təkmilləşməyə üstünlük verib. `Qarabağ`ımızın fiziki hazırlıq üzrə məşqçisi Çudomir Çokarov bu günlərdə Ukraynanın məşhur `Şaxtyor` klubunun Donetsk şəhərində təşkil etdiyi seminarda iştirak edib. Dünyan nəhənglərindən sayılan `İnter`, `Barselona`, `Ayaks` və `Şaxtyor`un mütəxəssislərinin keçirdiyi seminar 2 gün davam edib. Çokarov saytımıza verdiyi açıqlamada seminarı dəyərləndirib:`Qeyd etdiyiniz kimi, seminarı `Şaxtyor` təmsil etmişdi. Ev sahibləriylə yanaşı `Ayaks`, `Barselona`, `İnter`in nümayəndələri də uşaq-gənc futbolun inkişaf kosepsiyaları haqqında məruzə etdilər. Faydalı müzakirələr edildi. Konfrans 2 hissədən ibarətdi. İlk öncə səhərlər nəzəri məşğələlər keçirilirdi. Adını qeyd etdiyimiz klub nümayəndələri seminarı aparırdılar. Axşam isə seminarda iştirak edənlər məşq keçir və sonra da hazırlığı müzakirə edirdilər. Məşqləri `Şaxtyor`un aşağı yaş qruplarında edirdik. Donetsk və ətrafında `Şaxtyor`un 7 filialı və onlarla məktəbi fəaliyyət göstərir. Konfransda `Şaxtyor`un 60 məşqisiylə yanaşı başqa ölkələrdən eyni sayda başqa ölkə nümayəndələri vardı. Azərbaycandan sadəcə `Qarabağ` FK-nın nümayəndəsi vardı. Tədbirlə bağlı təəssüratlarım olduqca müsbətdir. Futbol fəlsəfəsi haqqında edilən müzakirələr, inkişaf metodologiyası haqqında söhbətlərin olduqca effektli alındığını düşünürəm. Xüsusilə, `Şaxtyor`un dünya klubu olması yönündə atdığı addımları təqdirəlayiqdir`