Məşqə davam
31 Avq 2009
Məşqə davam
`Qarabağ`ımız bu gündən etibarən hazırlaqlara başlayır. Komandamızın baş məşqçisi Qurban Qurbanov `Tvente`ylə oyundan sonra futbolçulara 3 günlük istirahət vermişdi. Bu gün saat 16:00-da komandamız çempionatın 4-cü turu çərçivəsində baş tutacaq `Standard`la maç üçün yığışacaq. Komandamızın məşqi Suraxanı qəsəbə stadionunda baş tutacaq. Məlum olduğu kimi, əsas millidə 6 futbolçumuzun olmasıyla yanaşı, U-21-də də Maksim Medvedev, Rauf Əliyev, Əfran İsmayılovla yanaşı Emin Mustafayev də komandadan ayrı düşüblər. Rəşad Sadıqovun isə zədəsi davam edir.
Belə də komandamızın düşərgəsində 13 futbolçu qalıb. Əsas komandamızın Sentyabrın 4-2 və ya 5-ində əvəzdedicilərlə hazırlıq maçı keçirəcəyini də qeyd edək.