MƏŞQLƏR İNTENSİVLƏŞİR

22 İyl 2005
MƏŞQLƏR İNTENSİVLƏŞİR
"Qarabağ" FK növbəti mövsümün hazırlıqlarını davam etdirir. Bu gündən hazırlığı intensivləşdirən komanda gündə iki dəfə məşqlər edəcək. Ayın 25-dən etibarən isə, təlim məşq toplanışına gedəcək komanda bir neçə yoldaşlıq matçında da qüvvəsini sınayacaq. Baş məşqçimiz Elxan Abdullayev bu və digər məsələlər barədə aşağıdakıları dedi:
"Komanda hazırlıqlarını davam etdirir. Əhval ruhiyyə yüksəkdir. Müqaviləsi olmayan yerli futbolçularla yaxın günlərdə müqavilə imzalanacaq. Bundan başqa, bəzi mövqeləri gücləndirmək üçün legioner futbolçuların da baxışa çağıracağımızı istisna etmirəm.İyulun 25-dən etibarən təlim məşq toplanışına yollanacağıq. Bu hazırlığımızı daha da məhsuldar edəcək. İnanıram ki, "Qarabağ" bu il gözəl futbol oynayaraq, Azərbaycan futbolunda öz sözünü deyəcək."