Məşqlərə davam
6 İyl 2014
Məşqlərə davam
`Qarabağ`ımız Avstriyada təlim-məşq toplanışını davam etdirir. İyulun 6-sında `Viktoriya Plzen`lə qarşılaşan komandamız dünən axşam bir məşqlə kifayətləndi. Bugün komandamız səhər saatlarında fitnesə yollanmaq məşq prosesinə start verdi.
Komandamızın axşam məşqi yerli vaxtla 18:00-da (Azərbaycan vaxtıyla 21:00) baş tutacaq.
Avstriyada keçirdiyi təlim-məşq toplanışı çərçivəsində 4 yoxlama oyununa çıxan komandamız sonuncu hazırlıq matçına çıxacaq. Komandamız İyulun 8-də yerli vaxtla 18:00-da Almaniya təmsilçisi `SG Sonnenhof Großaspach`la (Qrossaşpax) qarşılaşacaq. Bununla da komandamız 5 oyunluq planını doldurmuş olacaq.