Messi 3-cü dəfə ən yaxşıdır

single-news
10 Yan 2012

Messi 3-cü dəfə ən yaxşıdır



FİFA-nın qərargahının yerləşdiyi Sürix şəhərindəki `Kongresshaus`da keçirilən qala-gecədə Beynəlxalq Futbol Federasiyası və `France Football` jurnalının təsis etdiyi və dünyanın ən yaxşı futbolçusu üçün nəzərdə tutulan `FIFA Ballon d’Or`un, yəni FİFA-nın Qızıl topu`nun 2011-ci il sahibinin adı açıqlanıb.
2009-cu ildən bəri bu mükafatı özündə saxlayan `Barselona` və Argentina yığmasının hücumçusu Lionel Messi ardıcıl 3-cü il sorğuda hamıdan çox səs toplayıb. Bununla da o, 1983, 1984 və 1985-ci illərdə dalbadal üç dəfə `Qızıl top`a sahib çıxmış fransalı Mişel Platininin nailiyyətini təkrarlayıb.
`Barselona`nın çalışdırıcısı Xosep Qvardiola dünyanın ən yaxşı kişi baş məşqçisi, Yaponiyanın qadın yığmasının çalışdırıcısı Norio Sasaki dünyanın ən yaxşı qadın baş məşqçisi seçiliblər. Onlardan başqa, `Santos`un və Braziliya yığmasının hücumçusu Neymar qolu isə ilin ən yaxşı qolu seçilib və o, `Puşkaş mükafatı`na layiq görülüb.
`Mançester Yunayted`in baş məşqçisi Aleks Fergüsson `FİFA prezidentinin mükafatı`, Yaponiya Futbol Assosiasiyası isə `Fair Play` mükafatları ilə təltif olunublar.


 

Paylaş

// pop up