Messi `İnter`i seçdi. VİDEO

single-news
7 Apr 2010

Messi `İnter`i seçdi. VİDEO



Çempionlar Liqasının ilk yarımfinalçıları məlum olub. Gözlənildiyi kimi, İtaliya çempionu `İnter` Moskvada tarixində ilk dəfə ÇL-də ¼ finala yüksəlmiş ÇSKA qarşısında elə də çətinlik çəkməyib. 6-cı dəqiqədə Sneyderin cərimə zərbəsindən vurduğu qol həlledici olub. Odiyanın qırmızı vərəqə alması isə rusların son ümidini də qırdı. Belədə, Joze Mourinyonun yetirmələri Milanda olduğu kimi minimal hesablı qələbə qazanaraq adını ən güclü 4 iştirakçı sırasına yazdırdı.

Digər cütlükdə isə.. Daha doğrusu desək, Messi - `Arsenal` dueli vardı. `Barsalona` 23 yaşlı forvardının pokeri nəticəsində ingilisləri sıradan çıxardı. Halbuki, hesabı ilk olaraq Bendtner açmışdı. Amma `topçu`ların heyətində Fabreqas, Arşavin, Qallas, Van Persinin olmaması Messi-şounu reallaşmasına imkan verdi.

 Messsi - shou

Paylaş

// pop up