Messi Mülleri arxada qoydu

single-news
10 Dek 2012

Messi Mülleri arxada qoydu



`Barselona` klubunun hücumçusu Lionel Messi Almaniya millisinin əfsanəvi futbolçusu Gerd Müllerin rekordunu qırıb.
25 yaşlı futbolçu bu rekorda La Liqanın XV turu çərçivəsində hazırda davam edən `Betis`lə oyunda vurduğu iki qolla imza atıb.
2012-ci ildə meydana çıxdığı 66 oyunda 86 qol vuran Messi Mülleri geridə qoyub. Müller 1972-ci ildə keçirdiyi 60 oyunda 85 dəfə rəqib qapılarına yol tapmışdı. Lakin Müllerin rekordunu təzələyən argentinalı oyunçu bir il ərzində ən çox qol vuran futbolçu adına yiyələnib.
Qeyd edək ki, Messi bu rekordla da kifayətlənməyib. Belə ki, `Betis`lə görüşün ilk hissəsində dubla imza atmaqla qollarının sayını 192-yə çatdıran Messi `Barselona`nın heyətində ən çox qol vuran futbolçu olub.

 

Paylaş

// pop up