Messi - Ronaldo 2:2

single-news
8 Okt 2012

Messi - Ronaldo 2:2



İspaniya çempionatında növbəti `El Klassiko` baş tutub. Bütün dünyanın diqqətini özünə cəlb edən növbəti `El klassiko` bu dəfə `sülh`lə nəticələnib.

Barselonadakı məşhur `Nou Kamp` stadionunda baş tutan görüş iki ulduzun tamaşası kimi yadda qalıb. Belə ki, dünyanın 2 ən güclü futbolçusu - argentinalı Lionel Messi və portuqaliyalı Kriştianu Ronaldo hərəyə 2 qol vurmaqla matçın qəhrəmanları olub.

İlk hissədə əvvəl avropalı qonaqları irəli çıxarıb, ardınca isə cənubi amerikalı bərabərlik qolunu vurub. Onlar müvafiq olaraq 23-cü və 31-ci dəqiqələrdə fərqləniblər. Fasilədən sonra isə Lionel qabağa düşüb. Lakin Ronaldo da qolunu çox gözlətməyib. 61-ci dəqiqədə qol buraxan madridlilər cəmi 5 dəqiqə sonra tarazlığı bərpa ediblər. Breləliklə də dünyanın 2 ən böyük klubunun növbəti duelu 2:2 hesabı ilə başa çatıb.
`Barselona` - `Real` (Madrid) - 2:2
Qollar: Ronaldo, 23 (0:1), 66 (2:2), Messi, 31 (1:1), 61 (2:1)

Paylaş

// pop up