Messidən dünya rekordu
11 Mar 2013
Messidən dünya rekordu
`Barselona`nın hücumçusu Lionel Messi növbəti rekorda imza atıb. İspaniya çempionatında ardıcıl 17 oyunda qol vuran argentinalı bununla da dünya rekordu qırıb.
Qeyd edək ki, buna qədər rekord 1937-38-ci illər mövsümündə Polşa çempionatında çıxış etmiş, dalbadal 16 matçda fərqlənən `Rux`un oyunçusu Teodor Pyuterekuya məxsus olub.
Messinin rekord qolu `Deportivo` ilə evdə keçirilən oyuna təsadüf edib. 2:0 hesabı ilə yekunlaşan matçda Messi qolu final fitinin səslənməsinə az qalmış vurub.
Yeri gəlmişkən, Leo bu matça əsas heyətdə çıxmayıb. O, 62-ci dəqiqədə oyuna daxil olub.
Qeyd edək ki, hazırda İspaniya La Liqasının bombardiri olan Messinin ehtiyatında 40 qol var.
