MƏTBUAT AÇIQLAMASI.

single-news
11 Dek 2004

MƏTBUAT AÇIQLAMASI.



“Futbol+” qəzetinin 07 dekabr 2004-cü il 187 saylı nömrəsində çıxan “Xırda fol oyunu” və “Qarabağın problemi nədir “ sərlövhəli yazılarla bağlı fikirlərimiz: 1. “Xırda fol oyunu”. Bu sərlövhəli yazıda Hakimlər Komitəsinin sədr müavini Əli Hüseynovun fikirlərindən bəzi məqamları nəzərinizə çatdırırıq: “ Ponomaryovun hakimin işini müzakirə etməyə haqqı yoxdur.”- Əgər baş məşqçinin hakimliyə öz iradını bildirməyə haqqı yoxdursa, onda bütün dünyada qəbul olunmuş matç protokolunda etiraz bölümü nəyə görədir? Eldar Nağıbəyovun haqsız yerə bayrağı qaldırmaqla, baş hakimin komandamıza verdiyi, rəqibə isə vermədiyi kiçik follarla oyunçularımızı “sındırması” qarşısında Ponomaryov nə etməlidir? ”Ağzına su alıb, susmalıdırmı?”. "90 dəqiqə ərzində “Neftçi”nin qapısı ağzında ciddi təhlükə yarada bilmədilər." – Qapıçı ilə təkbətək çıxmaq, bu təhlükəni isə rəqib komandanın müdafiəçiləri əvəzinə- yan hakimin bayrağını qaldırmaqla təhlükəni sovuşdurması,oyunçunu cərimə meydançasında açıq-aşkar tutub yıxmaq-buna isə hakimin göz yumması “Qarabağ” komandasının yaratdığı ciddi təhlükə deyilmi? “Ümumiyyətlə, məğlubiyyəti referinin boynuna yıxmaq peşəkar məşqçiyə yaraşan iş deyil” Azərbaycan kubokunun 1/8 final “İnter”lə cavab görüşündə hakimlik edən Fariz Yusifov və onun köməkçilərinə oyunu 0:2 hesabı ilə uduzmağımıza baxmayaraq, oyundan sonra obyektivliklərinə görə baş məşqçi İ.Ponomaryov öz təşəkkürlüyünü bildirdi. Bu da “Qarabağ” klubunun hakimliyə göstərdiyi həssaslığın bir nümunəsidir. “Qarabağ” Futbol Klubunun kiminsə işinə müdaxilə etmək fikri yoxdur. Biz ancaq sübut oluna bilən məsələlərə öz fikrimizi bildiririk. “Neftçi”- “Qarabağ” oyununda özümüzə aid beş kameranın çəkilişlərinə ayrı-ayrılıqda baxdıqda, hakimliyin nə qədər aşağı səviyyədə olduğunu açıq aşkar gördük. Oyunu uduzmağımızdan daha çox, hakimliyin səviyyəsi bizə təsir etdi. Yan xətt hakiminin oyundankənar vəziyyət qeydə aldığı epizoda dəfələrlə baxdıqda oyundankənar vəziyyətin olmadığını görürük. Təəssüf ki, Əli müəllim bu kasetə baxmaq əvəzinə,- “özlüyümdə Ponomaryovun oyuna buraxdığı heyətlə razı deyiləm” - fikrini deyir. Sual veririk: Əgər Əli müəllim özlüyündə Ponomaryovun buraxdığı heyətlə razı olsaydı, yan xətt hakimi bu səhvə yol verməzdi mi? “Klublar öz işini düzgün qursunlar. Biz nə etdiyimizi yaxşı bilirik.”- Tanınmış futbol mütəxəssisi, təcrübəli hakim Rüstəm Rəhimov bir neçə dəfə çıxışlarında qeyd edib ki, oyunu idarə edən hakimin bir səhvi komandanın bütün hazırlığını heçə çıxara bilər. Qarabağ komandası da öz işini düzgün qurub və istəmir ki, hakim səhvinin qurbanı olsun. Biz ancaq reallıqdan danışırıq. Yan xətt hakimlərindən başqa, bir çox digər epizodlarda baş hakim X. Məmmədovun xırda follar hesabına komandanın oyununa təsir etdi. Bu da nəticədə oyunçularımızın psixoloji cəhətdən “sınmalarına” gətirib çıxartdı. 2. ”Qarabağın problemi nədir?”. Bu sərlövhəli yazıda isə, Hakimlər Komitəsinin sədri Gülaga Cabbarovun fikrini diqqətinizə çatdırırıq: “Çempionat oyunlarını normal idarə etmək üçün 25 hakimə ehtiyacımız var. Amma indi onların sayı cəmi 11-dir." - Özunüz də etiraf edirsiniz ki, hakimlərin sayının yarıdan da az olması artıq sizin işinizin normal qurulmamasının göstəricisidir. Çempionatın əvvəlində AFFA prezidentinin klub rəsmiləri ilə keçirdiyi iclasda heç bir hakimin dalbadal bir komandanın oyununu idarə etməyəcəyi bildirilmişdi. Siz deyirsiz ki, “hakim sayının az olduğu üçün məhz X. Məmmədovu təyin etmişik.” Onda çempionatın bütün oyunlarına bu hakim təyin olunsun. “Bəli, başqa səviyyəli hakimlərimiz var. Amma biz hər bir təyinatı şəxsi münasibətlər və psixoloji amillər baxımından müzakirə edirik və sonda qərar veririk”- Biz istərdik ki, hakim oyuna təyin olunarkən,onun şəxsi münasibətləri deyil, peşəkarlığı əsas götürülsün. “ Məmmədov oyunu yaxşı idarə etdi.Ponomaryov bizi ittiham etməkdənsə, oz səhvlərini görsün.”Neftçi” ilə matçda o taktiki cəhətdən Mircavadova uduzdu”. Sual olunur: Gülaga müəllimin hər hansı komandanın taktiki gedişlərinə fikir bildirməyə haqqı varmı? Siz özünüz əgər məsləhət verirsinizsə , niyə məşqçi işləmirsiniz? Əgər hakimliyin səviyyəsini qaldıracaq bir fikriniz varsa, biz sizi dinləməyə hazırıq. Siz hələki Hakimlər Komitəsinin sədrisiniz, hakimlər barədə fikirlərinizi bildirin.Ehtiyacınız olsa, biz sizə kifayət qədər sübut olunmuş hakim səhvlərinin kasetlərini verə bilərik. Biz qələbə münasibətilə “Neftçi” komandasını təbrik edirik. Onlara qarşı heç bir iradımız yoxdur. Əgər Gülağa müəllim və Əli müəllim hakim səhvlərini etiraf etsəydilər, biz heç də bu yazını yazmağı düşünməzdik. Ancaq bu gün ölkənin nüfuzlu qəzetlərində çıxış edən bu şəxslər özlərinin daha çox işləmələri reallığını səsləndirmək əvəzinə, komandaların taktiki- texniki işlərinə qarışırlar. “Qarabağ” FK-nun futbolun inkşafından başqa, heç bir marağı yoxdur.Yuxarıda dediyimiz problemlərin aradan götürülməsinin gələcəkdə futbolun inkşafına kömək edəcəyinə inanırıq. “Qarabağ” Futbol Klubunun Mətbuat Xidməti.

Paylaş

// pop up