MƏTBUAT AÇIQLAMASI
6 Sen 2005
MƏTBUAT AÇIQLAMASI
Son bir neçə gündə bəzi mətbuat orqanlarda klubumuz haqda həqiqətə uyğun olmayan yazılar yer almaqdadır. Konkret olaraq, 05.09.2005-ci il tarixli “Futbol+” qəzetində çıxmış “Bir ulduz yenə əbədi rəqibləri üz-üzə qoydu” sərlövhəli yazıdakı bəzi fikirlər, 06.09.2005-ci il tarixli “Futbol+” qəzetində “Qarabağ"da yenə məşqçi dəyişikliyi ehtimalı var” sərlövhəli yazısı, 06.09.2005-ci il tarixli “Het-Trik” qəzetində yer almış “Abdullayevi azarkeşlər bəyənmir” sərlövhəli yazılarda bəzi şəxslərə istinad olunan fikirlərə öz münasibətimiz bildiririk.
Bildiyiniz kimi, “Qarabağ” FK Çempionat başlanmamışdan bir qədər əvvəl boş qalmış Baş Məşqçi postuna Milli Yığma komandamızda da məşqçi işləyən Elxan Abdullayevi təyin etdi. Ötən son üç tur bir daha onu göstərdi ki, “Qarabağ” FK heç də bəzi şəxslərin fikirləşdiyi kimi zəif yox, həmişəki kimi bu ildə iddialı klublardan biri olacaq. Bunu komandada yaranmış yüksək nizam intizam, birlik, mübariz xüsusiyyətlər və meydandakı göstərilən futbol deməyə əsas verir. Lakin bu uğurların fonunda bəzi şəxslərin klub daxili yaranmış yüksək ab-havanı korlanması üçün, özlərini reklam xatirinə həqiqətəuyğun olmayan fikirlər yayırlar. Məhz bu fikirlərə görə guya “Qarabağ” FK rəhbərliyi Baş Məşqçisi Elxan Abdullayevə etimad göstərmir, yeni baş məşqçi axtarışındadır və s... fikirləri yuxarıda da göstərdiyimiz kimi, qəzet səhifələrində yer almaqdadır.
“Qarabağ” FK bildirir ki, Klub rəhbərliyi heç kimlə danışıqlar aparmır və mətbuatda bəzi şəxslərin guya onunla danışıqlar aparılır fikirlərinin heç bir əsası yoxdur. Bu həmin şəxslərin reklam olunması istəyindən başqa bir şey deyil.
“Qarabağ” FK hər bir mətbuat orqanına hörmətlə yanaşır, onların hər bir istəyinə diqqət göstərib, müvafiq cavablar verir. Klub olaraq, bir daha bildirmək istəyirik ki, baş verən hər bir yenilik indiyə qədər olduğu kimi, bundan sonra da açıq, obyektiv olaraq mətbuat orqanlarına ötürüləcək.
“Qarabağ” FK-nun Mətbuat Xidməti.