Mətbuat konfransı baş tutdu - hər şeyə aydınlıq gəldi. fotolar
Mətbuat konfransı baş tutdu - hər şeyə aydınlıq gəldi. fotolar
`Qarabağ` Futbol Klubunun ənənəvi mətbuat konfransı baş tutdu. Rəşad Sadıqovun `Qarabağ`a qayıdışı ilə bağlı gerçəkləşən konfransda çoxsaylı Kütləvi İnformasiya Vasitələri (KİV) iştirak etdi. Media mənsublarının önünə ilk olaraq klubumuzun vitse-prezidenti Tahir Gözel, klubumuzun direktoru Emrah Çelikel və baş məşqçimiz Qurban Qurbanov çıxdı.
Sözə ilk olaraq vitse-prezidentimiz Tahir Gözel başladı. Tahir bəy ilk olaraq `Qarabağ`ın `Qəbələ`ylə baş tutan oyunu haqqında danışdı. Komandamızın oyununu çox bəyəndiyini bildirdi.Yaxınlarda uşaq komandalarını ziyarət etdiyini, yeniyetmələrin də oyundan zövq aldığını bildirdi. Belə davam edəcəkləri sürətdə tezliklə daha da yuxarı pillələrdə qərarlaşacaqlarını bildirdi. Eyni zamanda `Qarabağ` üçün sistemli çalışmalar etdiklərini bildirdi. Artıq `Qarabağ`ın bazası üçün Suarxanı qəsəbə stadionun haqda şifahi razışlaşma əldə etdiklərini bildirdi. İlk planlarının `Qarabağ` komandasının təlim-məşq toplanışlarının reallaşdırılması ən rahat bazanın tikintisinin planlaşdırıldığını bildirdi. Eyni zamanda Quzanlı stadionu haqqında danışan başqanımız oranı `Qarabağ`ın qalası kimi gördüyünü bildirdi. Gələcək mövsümlər üçün bu barədə AFFA və PFL-lə danışıqlar aparacağını bildirdi.
Tahir bə eyni zamanda Rəşad Sadıqov transferinə də aydınlıq gətirdi. Rəşadın Azərbaycan futbolu üçün çox önəmli sima olduğunu bildirən Tahir bəy şəxsi təşəbbüsünün Antalyada PFL və jurnalist heyətiylə görüşdə yarandığını bildirdi. `Qarabağ` idddiası` haqqında sualdan təsirləndiyini bildirdi və `Qarabağ`ın adı və gücü üçün bu transferi istədiklərini bildirdi.
Qurban müəllim də öz çıxışında `Qəbələ` ilə oyunu unudub qarşıdakı oyunlar haqqında fikirləşdiklərini bildirdi. İndidən ilk `6`lıq oyunlarını fikirləşməyin mənası olmadığını və ilk öncə `Gəncə` matçına konsentrasiya olduqlarını bildirdi.
Konfransın 2-ci bölümünə `Qarabağ`ımızın yeni transferi Rəşad Sadıqov qatıldı. Rəşad `Eskişehirspor`dan `Qarabağ`a dönüşüylə bağlı məsələyə aydınlıq gətirərək artıq gələcəyə baxdığını və keçmişi unudaraq `Qarabağ`ın oyunlarına kökləndiyini bildirdi. `Qarabağ`ın ona doğma olduğunu, komandanın uğurları üçün əlindən gələnin edəcəyini bildirdi.
Rəşad media mənsublarının suallarını cavabladıqdan sonra mətbuat konfransı başa çatdı.
Tədbirdən maraqlı anlar - FOTOQALEREYA bölümündə...
http://www.qarabagh.com/1987/?name=photoview&phid=347&lang=1