Mətbuat konfransı və açıq məşqin vaxtı müəyyənləşdi

single-news
5 Mar 2024

Mətbuat konfransı və açıq məşqin vaxtı müəyyənləşdi



UEFA Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək "Qarabağ" - "Bayer” (Almaniya) matçından öncə təşkil ediləcək mətbuat konfransı və media nümayəndələri üçün açıq məşqin vaxtı məlum olub.

Komandamızın baş məşqçisi Qurban Qurbanovun iştirakı ilə keçiriləcək mətbuat konfransı martın 6-sı saat 13:00-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. 17:30-da isə media nümayəndələri üçün açıq məşq (ilk 15 dəqiqə) “Azersun Arena”da keçiriləcək.

Qonaq komandanın Bakıda açıq məşqi və mətbuat konfransı keçirilməyəcək.

Media mənsubları media biletlərini və akkreditasiyalarını martın 6-sı saat 10:30-dan 12:30-dək Tofiq Bəhramov adına Respublika stadionunun media mərkəzindən götürə bilərlər.
 
Qeyd edək ki, martın 7-də keçiriləcək “Qarabağ” – “Bayer” görüşü saat 21:45-də başlayacaq.

Paylaş