Mətbuat konfransının vaxtı müəyyənləşdi
4 Avq 2026
Mətbuat konfransının vaxtı müəyyənləşdi
Komandamız UEFA Konfrans Liqasının III təsnifat mərhələsində “Dinamo” (Kiyev, Ukrayna) ilə qarşılaşacaq. Komandamızın baş məşqçisi Qurban Qurbanovun səfərdə keçiriləcək ilk oyun öncəsi mətbuat konfransı Bakıda baş tutacaq.
Qarşılaşmadan bir gün əvvəl - avqustun 5-də keçiriləcək konfrans saat 11:45-də başlayacaq. Tədbir “Azersun Arena”da təşkil olunacaq.
Qeyd edək ki, “Dinamo” - “Qarabağ” oyunu avqustun 6-da Polşanın Lubin şəhərindəki “Lubin Arena”da baş tutacaq. Matç Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
