Mətbuat konfransları və açıq məşqlərin vaxtları müəyyənləşdi

single-news
18 Sen 2023

Mətbuat konfransları və açıq məşqlərin vaxtları müəyyənləşdi



UEFA Avropa Liqasının qrup mərhələsinin I turu çərçivəsində keçiriləcək "Qarabağ" - "Molde” (Norveç) oyunundan öncə təşkil ediləcək mətbuat konfransları və media nümayəndələri üçün açıq məşqin vaxtı məlum olub.

Komandamızın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı sentyabrın 20-si saat 13:30-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. 17:30-da isə “Azersun Arena”da media nümayəndələri üçün açıq məşq (İlk 15 dəqiqə) keçiriləcək.

Qonaq komandanın açıq məşqi 19:00-da, mətbuat konfransı isə 18:30-da Tofiq Bəhramov adına Respublika stadionunda reallaşacaq.

Qeyd: Media mənsubları media biletlərini və akkreditasiyalarını sentyabrın 20-si saat 10:30-dan 13:00-dək Tofiq Bəhramov adına Respublika stadionunun media mərkəzindən götürə bilərlər.

Paylaş