Mətbuat konfransları və açıq məşqlərin vaxtları müəyyənləşdi

single-news
21 Okt 2024

Mətbuat konfransları və açıq məşqlərin vaxtları müəyyənləşdi



UEFA Avropa Liqasının Liqa mərhələsinin III turu çərçivəsində keçiriləcək "Qarabağ" - "Ayaks” (Niderland) matçından öncə təşkil ediləcək mətbuat konfransları və media nümayəndələri üçün açıq məşqlərin vaxtları məlum olub.

Komandamızın baş məşqçisi Qurban Qurbanovun iştirakı ilə keçiriləcək mətbuat konfransı oktyabrın 23-də saat 13:45-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. 17:00-da isə media nümayəndələri üçün açıq məşq (ilk 15 dəqiqə) “Azersun Arena”da keçiriləcək.
Qonaq komandanın baş məşqçisi Françesco Fariolinin Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq mətbuat konfransı saat 18:00-da start götürəcək. Niderland təmsilçisinin “Neftçi Arena”da keçiriləcək ilk 15 dəqiqəsi açıq olacaq məşqi 12:45-də başlayacaq.
Media mənsubları akkreditasiyalarını oktyabrın 22-si saat 14:00-dan 17:30-dək Tofiq Bəhramov adına Respublika stadionunun media mərkəzindən götürə bilərlər.
 
Qeyd edək ki, oktyabrın 24-də keçiriləcək “Qarabağ” – “Ayaks” görüşü saat 20:45-də başlayacaq.

Paylaş

// pop up