Mətbuat konfransları və açıq məşqlərin vaxtları müəyyənləşdi

single-news
28 İyl 2025

Mətbuat konfransları və açıq məşqlərin vaxtları müəyyənləşdi



UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək "Qarabağ" – “Şelburn” (İrlandiya) matçından öncə təşkil ediləcək mətbuat konfransları və media nümayəndələri üçün açıq məşqlərin vaxtları məlum olub. 

 

Komandamızın baş məşqçisi Qurban Qurbanovun iştirakı ilə keçiriləcək mətbuat konfransı iyulun 29-da saat 17:30-da “Azersun Arena”da baş tutacaq. Saat 18:00-də isə eyni arenada media nümayəndələri üçün açıq məşq (ilk 15 dəqiqə) keçiriləcək. 

 

Qonaq komandanın baş məşqçisi Coy O'Brayenin Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq mətbuat konfransı saat 18:45-də start götürəcək. İrlandiya təmsilçisinin ilk 15 dəqiqəsi açıq olacaq məşqi 19:00-da başlayacaq. 

 

Media mənsubları akkreditasiyalarını iyulun 29-u saat 14:00-dan 17:00-dək “Azersun Arena”nın mətbuat otağından götürə bilərlər. 

 

Qeyd edək ki, iyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Şelburn” görüşü saat 20:00-da başlayacaq.

Paylaş

// pop up