Mətbuat konfransları və açıq məşqlərin vaxtları müəyyənləşdi
Mətbuat konfransları və açıq məşqlərin vaxtları müəyyənləşdi
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək "Qarabağ" – “Şkendiya” (Şimali Makedoniya) matçından öncə təşkil ediləcək mətbuat konfransları və media nümayəndələri üçün açıq məşqlərin vaxtları məlum olub.
Komandamızın baş məşqçisi Qurban Qurbanovun iştirakı ilə keçiriləcək mətbuat konfransı avqustun 11-də saat 17:30-da “Azersun Arena”da baş tutacaq. Saat 18:00-də isə eyni arenada media nümayəndələri üçün açıq məşq (ilk 15 dəqiqə) keçiriləcək.
Qonaq komandanın baş məşqçisi Jeton Beqirinin Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq mətbuat konfransı saat 19:30-də start götürəcək. Şimali Makedoniya təmsilçisinin ilk 15 dəqiqəsi açıq olacaq məşqi 20:00-da başlayacaq.
Media mənsubları akkreditasiyalarını avqustun 11-də saat 14:00-dan 17:00-dək “Azersun Arena”nın mətbuat otağından götürə bilərlər.
Qeyd edək ki, avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Şkendiya” görüşü saat 20:00-da başlayacaq.
