Mətbuat konfransları və açıq məşqlərin vaxtları müəyyənləşdi!
Mətbuat konfransları və açıq məşqlərin vaxtları müəyyənləşdi!
UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” - “Nyukasl Yunayted” qarşılaşmasından öncə təşkil ediləcək mətbuat konfransları və media nümayəndələri üçün açıq məşqlərin vaxtları bəlli olub.
Komandamızın baş məşqçisi Qurban Qurbanovun iştirakı ilə keçiriləcək mətbuat konfransı fevralın 17-də saat 17:00-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Saat 17:30-da isə komandamızın media nümayəndələri üçün açıq məşqi (ilk 15 dəqiqə) eyni arenada keçiriləcək.
Qonaq komandanın baş məşqçisi Eddi Haunun mətbuat konfransı saat 20:30-da start götürəcək. “Nyukasl Yunayted”in ilk 15 dəqiqəsi media üçün açıq olacaq məşqi isə 21:00-da başlayacaq.
Media nümayəndələri akkreditasiyalarını fevralın 17-də saat 11:00-dan 16:00-dək Tofiq Bəhramov adına Respublika stadionunun mətbuat otağından əldə edə bilərlər.
Qeyd edək ki, fevralın 18-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Nyukasl Yunayted” görüşü saat 21:45-də start götürəcək.
