MEYDANDA NÖVBƏTİ ÖLÜM HADİSƏSİ

single-news
26 Sen 2008

MEYDANDA NÖVBƏTİ ÖLÜM HADİSƏSİ



Almaniyanın aşağı liqasında  bazar günü keçirilən oyun faciə ilə nəticələnib. “Maynts Ditib Türkgücü” klubunun üzvü 26 yaşlı futbolçu Ufuk Akkaynak görüşün 43-cü dəqiqəsində komanda yoldaşlarına “Başım gicəllənir, mənə su verin” deyərək yerə yıxılıb.
Verilən məlumatlarda o da bildirilir ki, matçın keçirildiyi gün adı çəkilən futbolçu oruc tuturdu. Meydanda yerə yıxıldıqdan sonra komanda yoldaşları və həkim heyəti ona su içirtməyə çaışsalarda Ufuk oruc olduğundan və suyu içəcəyi təqdirdə orucunun pozulacağını bildirərək su içməkdən imtina edib. Eyni zamanda o həkimlərə lazımi tibbi müdaxiləni etməyə də imkan verməyib.
Qeyd edək ki, həmin anda “Maynts Ditib Türkgücü” 2:0 hesabı ilə öndə olub. Rəqib, “Uilli Uakker” klubunun qapısına ikinci qolu məhz Ufuk vurub.

Paylaş

// pop up