MEYDANDA NÖVBƏTİ QARŞIDURMA...
MEYDANDA NÖVBƏTİ QARŞIDURMA...
Kolumbiyada keçirilən futbol qarşılaşmalarının birində futbol meydanı savaş meydanına çevrildi. Kolumbiyanın “Paskual Guerrero” stadionunda “Amerika de Kali” ilə “Deportivo de Kali” arasında keçirilən matçın 82-ci dəqiqəsində azarkeşlər arasında qarşıdurma baş verib. Polis meydana daxil olmaq istəyən azarkeşlərin qarşısını gözyaşardıcı qazla almaq istəsə də buna müvəffəq ola bilmədi.
Verilən məlumatlara əsasən hadisə zamanı 18 nəfər bıçaqlanaraq qətlə yetrilib, 60 nəfər isə müxtəlif dərəcəli xəsarət alıb. Yaralananlar arasında bir hamilə qadının və 3 polis məmurunun olduğu bildirilir. Bu qarşıdurma matçın hakimi Vilman Roldanın “Deportivo” əleyhinə penalti qərarı verməsi ilə başladı. Futbolçuların davasına baş məşqçilərin də qarışması ilə ara bir az da qızışdı. Qeyd edək ki, “Deportivo” müdfiəçi Freddi Hurtadonun vurduğu qolla 1:0 öndə idi.