Miçel daha iki il "Qarabağ"ımızda !

7 İyn 2019
Miçel daha iki il "Qarabağ"ımızda !
"Qarabağ"ımız futbolçusu Miçellə yeni müqavilə imzalayıb.
Belə ki, müqaviləsi başa çatan ispaniyalı yarımmüdafiəçi daha iki il komandamızın formasını geyinəcək.
Miçel geridə qalan mövsümdə ümumilikdə 36 oyunda meydanda olub, 8 qol və 5 məhsuldar ötürməylə yadda qalıb.
2015-ci ildən komandamızda çıxış edən Miçel 144 oyunda 29 qolla yadda qalıb, 4 dəfə Premyer Liqa, 2 dəfə isə ölkə kubokunun qalibi olub.
Qeyd edək ki, komandamız bir müddət əvvəl Qara Qarayevlə də müqavilə yenilənmişdi.