Miçellə yollar ayrıldı

single-news
17 İyl 2020

Miçellə yollar ayrıldı



"Qarabağ"ımız ispaniyalı yarımmüdafiəçisi Miçellə yollarını ayırıb. Futbolçumuzla müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Miçel "Qarabağ"ımızda ümumilikdə 155 matçda meydanda olub və 25 qola imza atıb.

"Qarabağ" FK futbolçuya göstərdiyi xidmətlərə görə təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayır.

Paylaş