Milan derbisində hər şey vardı...

single-news
25 Yan 2010

Milan derbisində hər şey vardı...



İtaliyanın ən böyük derbisi baş tutdu. Seria A-da ilk 2 pillədə qərarlaşan `İnter` və `Milan` zirvə uğrunda amansız döyüşə çıxmışdı. İtirililmiş axlların sayına görə rəqibindən 3 xal öndə olan `İnter` artıq 10-cu dəqiqədə hesabı açdı. Milito Abatenin səhvindən istifadə edərək hesabı açdı. Oyunun ilk dəqiqəsindən sona anına qədər trilleri xatırladan macda 27-ci dəqiqədə nominal ev sahibləri azlıqda qalıblar. Sneyder hakimi `alqış`ladığına görə meydandan qovulub. Lakin buna baxmayaraq oyunda gərginlik daha da artıb. Qapıçısı Xulio Sezarın möhtəşəm oyunundan ruhlanan Mourinyonun yetirmələri 65-ci dəqiqədə hesabı artırıblar. Pandev cərimə zərbəsini mükəmməl yerinə yetirib. Lakin oyunun kuliminasiya nöqtəsi 90-cı dəqiqədə baş verib. Lusio əllə oynadığına görə 2-ci sarı vərəqənı alaraq komandasını meydanda 9 nəfərlə qoyur. Amma Sezar Ronaldinyonun penaltisini dəf etməklə `İnter`in fantastik qələbəsini rəsmiləşdirdi.

 

Buyurun, siz də izləyin...

 

 

Paylaş

// pop up