"MİLAN" İSTANBUL YOLUNDA İLK ADDIMINI ATDI.

single-news
27 Apr 2005

"MİLAN" İSTANBUL YOLUNDA İLK ADDIMINI ATDI.



"MİLAN" - Dida, Kafu, Maldini, Kaladze, Stam, Qattuzo, Zeedorf( Serjinyo,81), Pirlo(Ambrozini,72), Kaka, Krespo(Tomasson,64), Şevçenko. PSV : Qomes, Ouyer, Li, Aleks, Buma(Lusius,46), Van Bommel, Park, Koku, Bizli (Xesselink, 61), Foqel, Farfan. Qollar: Şevçenko,42, Tomasson, 90. Karlo Ançelotti ("Milan"ın baş məşqçisi): "Mənə elə gəlir ki, turnirin bu həddində rəqibin zəif oyun göstərəcəyini gözləmək sadəlövhlük olardı. PSV- güclü komandadır. Əgər klub yarımfinala yüksəlibsə, o artiq rəqibin səviyyəsindən xəbər verir. Birinci hissədə biz daha yaxşı təsir bağışlayırdıq. Bunun nəticəsində də qol vurduq. Amma ümumilikdə onlar 0:2 hesabı ilə məğlub olmamalıydılar..." Quus Hiddink (PSV baş məşqçisi) : " Əgər PSV 0:1 hesabəı ilə məğlub olsaydı, hər şey ikinci matçda həll olunardı. İndi isə hər şey çox çətinləşdi. İkinci hissədəki oyuna görə, heç olmasa biz bir top vurmalıydıq. Amma onlar son anda bizə vurdular. Mən öz yetirmələrimə inanıram. Dünyanın ən yaxşı müdafiə xəttinə malik komanda ilə mücadilə apardıq. Başa düşüləndi ki, Eyndhovendə Milan irəli atılmayacaq, buna görə də qol vurmaq çox çətin olacaq."

Paylaş