“MİLAN” “M.Y”-YƏ DƏRS KEÇDİ
“MİLAN” “M.Y”-YƏ DƏRS KEÇDİ
İstanbuldan Afinaya
Çempionlar liqasında sona yetişmək üçün bir matç qaldı. Yarımfinalda mübarizə aparan 3 ingilis klubundan sadəcə “Liverpul” finala adını yazdırdı. Onun rəqibi isə həmyerliləri biabır etmiş “Mançester Yunayted”i məğlub etmiş “Milan olacaq
“Liverpul” – “Çelsi” matçı hələ oyundan öncə başlamışdı. İlk oyunda minimal hesabla qalib gələn qonaqların baş məşqçisi Joze Maurinyo növbəti dəfə ilginc açıqlamaları ilə diqqəti cəlb etmişdi. Belə ki, portəgiz çalışdırıcı ilk öncə “qırmızı”ları dahi klub adlandırsa da sonradan rəqibinə “kiçik” əyarı qoymuşdu. Maraqlıdı ki, “Liverpul”un baş məşqçisi Rafael Benites Mourinyoya əhəmiyyət vermədiyini, matçdan sonra isə kapitanı Stiven Cerard isə qələbəni “kiçik” klub adından Mourinyoya hədiyyə etdi.
Oyuna “qırmızı”ların sürətlə başlayacağı gözlənilsədə, amma matçın başlanğıcından Benitesin yetirmələrinin rəqibib qapıya sıxacağını yəqin heç kim gözləmirdi. Meydanın hər yerində press tətbiq edən ev sahibləri 25-ci dəqiqə istəklərinə çatdılar. Ev tapşırığından sonra “Liverpul”un debütantı Agger ümumi hesabı bərabərləşdirdi. Qoldan sonra da hücumlarını davam etdirən 5 qat Avropa çempionları ikinci yarıda Krauç və Kuytla qola yaxın olsalar da “Enfild Road”a toplanmış 40000 min tamaşaçı qol izləyə bilmədi. Əlavə vaxtda “Çelsi” oyunu bərabərləşdirsədə başqa qol olmadı. Belə də, CL tarixində ilk dəfə yarımfinalda cütün taleyinə penalti seriyasında aydınlıq gəlməli oldu. İndiyə kimi avrokuboklarda 12 penalti seriyasının 11-ində qalib gələn “Liverpul” növbəti dəfə bu sınaqdan üzüağ çıxdı. “Qırmızı”lar hər 4 cəhddə fərqlənsələrdə “Çelsi” Robben və Jeremi ilə penaltini qaçırmaqla 3 dəfə yarımfinaldan məyus ayrıldı.
Digər cütlükdə isə 2 dünya divinin qarşılaşması gözlənilən effekti vermədi. Daha doğrusu, ilk oyunda 2:1 öndə olmasına baxmayaraq, 2 top buraxaraq məğlub olan “Milan” “San-Siro”da rəqibinə göz açmağa imkan verməyərək, “Mançester Yunayted”i darmadağın etdi. Görüşə fırtına kimi başlayan “qırmızı-qara”lar ilk 10 dəqiqədə 2 dəfə real imkanı qaçırsalar da, 11-ci dəqiqədə Seedorfun ötürməsindən sonra Kaka cari mövsüm ÇL-də 10-cu qoluna imza atdı. Hücumlarını davam etdirən “rassonyeri”lər bir də yarım saatın tamamında istəklərinə çatdılar. Bu dəf Seedorfun özü Kakanın mövqeyindən dəqiq zərbə ilə fərqləndi.
İkinci yarıda metdanın mərkəzini rəqibə verən ev sahibləri daha çox əks-hücumlara üstünlük verməyə başladı ki, bu da 79-cu dəqiqədə bəhrəsini verdi. Yankulovskinin ötürməsindən sonra Jilardinyo böyük hesabın əsasını qoydu.
Beləliklə, Mayın 23-ündə köhnə tanışlar “Milan” və “Liverpul” üz-üzə gələcəklər. Xatırladaq ki, iki il öncə, tərəflər finalda qarşılaşmış, italyanlar 3:0 önə keçməsinə rağmən penalti seriyalarında ingilislərə məğlub olmuşdu.