Milli 20 pillə gerilədi
19 Okt 2011
Milli 20 pillə gerilədi
FİFA oktyabr ayı üçün yığma komandaların yeni reytinq siyahısını açıqlayıb.
Azərbaycan milli komandası ötən ayla müqayisədə 20 pillə geriləyib. Hazırda millimiz 265 xalla 117-ci yerdə qərarlaşıb. Belə geriləməyə komandamızın oktyabrın 7-də Avstriya, oktyabrın 11-də isə Türkiyə ilə 2012-ci il Avropa çempionatının seçmə qrup matçlarında 1:4 və 0:1 hesablı məğlubiyyətləri səbəb olub.
Reytinq siyahısına zirvəsində isə heç bir dəyişiklik baş verməyib. Siyahıya ötən ayda olduğu kimi İspaniya, Hollandiya və Almaniya üçlüyü başçılıq edib. Uruqvay 4-cü pillədə qərarlaşdığı halda, Braziliya millisi 2 pillə irəliləyərək 5-ci yerə yüksəlib.
Qeyd edək ki, növbəti reytinq siyahısı oktyabrın 19-da açıqlanacaq.