Milli 84-də dayan(dırıl)dı
![single-news](https://qarabagh.com/uploads//catalog/old/pics/5708.jpg)
Milli 84-də dayan(dırıl)dı
`DÇ-2014`ün seçmə mərhələsində növbəti oyunlar keçirilib. Azərbaycan millisi seçmə mərhələdə üçüncü matçına çıxıb.
Son iki oyundan 1 xalla ayrılan Berti Foqtsun komandası bu dəfə səfərdə Rusiya yığmasının qonağı olub. Matçın taleyini bir qol həll edib. Roman Şirokovun matçın 83-cü dəqiqəsində penaltidən vurduğu qol ruslara qələbə qazandırıb - 1:0.
16 oktyabr
F qrupu
20:00. Rusiya - Azərbaycan - 1:0
Qol: Şirokov, 83-pen (1:0)
Rusiya: İqor Akinfeyev, Andrey Eşenko, Vasili Berezutski, Serqey İqnaşeviç, Dmitri Kombarov, Roman Şirokov, İqor Denisov, Viktor Fayzulin (Denis Qluşakov, 46), Aleksandr Səmədov, Aleksandr Kerjakov (Alan Zaqoyev, 79), Aleksandr Kokorin
Ehtiyat oyunçular: Vladimir Qabulov, Anton Şunin, Vladimir Qranat, Diniyar Bilyaletddinov, Artem Dzyuba, Dmitri Tarasov, Denis Qluşakov, Renat Yanbayev, Alan Zaqoyev, Aleksey Berezutski, Vladimir Bıstrov, Maksim Qriqoryev
Azərbaycan: Kamran Ağayev, Mahir Şükürov, Vaqif Cavadov, Aleksandr Çertoqanov (Rauf Əliyev, 83), Cihan Özkara, Branimir Subaçic (Rahid Əmirquliyev, 63), Əli Kökdəmir, Ruslan Abışov, Vüqar Nadirov (Cavid Hüseynov, 46), Maksim Medvedyev, Vladimir Levin
Ehtiyat oyunçular: Anar Nəzirov, Səlahət Ağayev, Bədavi Hüseynov, Aqil Nəbiyev, Murad Ağayev, Elşad Nəzirli, Rauf Əliyev, Cavid Hüseynov, Rahid Əmirquliyev
S Komandalar O Q H M Xal
1. Rusiya 4 4 0 0 12
2. İsrail 4 2 1 1 7
3. Portuqaliya 4 2 1 1 7
4. Şimali İrlandiya 3 0 2 1 2
5. Azərbaycan 3 0 1 2 1
6. Lüksemburq 4 0 1 3 1