Milli Belarusla qarşılaşacaq
![single-news](https://qarabagh.com/uploads//catalog/old/pics/5467.jpg)
21 Yan 2012
Milli Belarusla qarşılaşacaq
Azərbaycanın 21 yaşlılardan ibarət yığma komandası (U-21) Türkiyədəki hazırlıq prosesində 3 yoldaşlıq görüşü keçirəcək. Yığmamız yanvarın 23-də Macarıstanın U-21-i, 26-da bu ölkənin `Ferentsvaroş`, 28-də isə Norveçin `Fredrikstad` klubu ilə görüşəcək. Millimiz Antalyada yanvarın 20-dən 29-dək təlim-məşq toplanışı keçəcək.
Bu arada Azərbaycanın əsas millisinin daha bir yoldaşlıq oyunu keçirəcəyi dəqiqləşib. Millimiz iyunun 5-də, Minsk şəhərində Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək.
FİFA 2012-ci ildə milli komandaların ilk reytinq cədvəlini açıqlayıb. Azərbaycan milli komandası ötən ayla müqayisədə 1 pillə irəliləyərək 300 xalla 111-ci yerdə qərarlaşıb.
Növbəti reytinq cədvəli fevralın 15-də açıqlanacaq.