Milli Belçikaya məğlub oldu

Milli Belçikaya məğlub oldu
Milli komandamız Avro-2012-nin seçmə mərhələsində növbəti oyununu keçirib. Yığmamız səfərdə Belçika yığmasının qonağı olub. Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 4:1.
Bu, komandamızın cari AÇ-də keçirdiyi 4-cü qarşılaşmada aldığı 3-cü məğlubiyyət oldu. Millimiz digər iki məğlubiyyətini də səfərdə almışdı - Almaniya (1:6) və Avstriya (0:3). Komandamızın yeganə qələbəsi Türkiyə üzərində olub (1:0).
Oyuna gəlincə, belçikalılar erkən hesabı açsalar da, 4 dəqiqə sonra Ruslan Abışov status-kvonu bərpa edib. Amma daha təcrübəli avropalılar oyunun sonunda istədikləri nəticəni əldə ediblər.
Belçika - AZƏRBAYCAN - 4:1
Belçika: Simon Miqnolet, Laurent Siman, Daniel Van Buyten, Niuolas Lombaerts, Timmi Simons, Yan Vertonqen, Aksel Vitsel, Naker Çadli, Moussa Dembele, Eden Hazard, Kevin Miralyas.
Azərbaycan: Kamran Ağayev, Rəşad Sadıqov, Rail Məlikov, Vladimir Levin, Saşa Yunisoğlu, Ruslan Abışov, Rahid Əmirquliyev, Vaqif Cavadov, Mahir Şükürov, Elvin Məmmədov, Rauf Əliyev.
Qollar: Yan Vertongen, 12, Timmi Simons, 31-pen., Naser Şadlı, 45+1, Yelle Vossen, 74 (4:1) Ruslan Abışov, 16.