Milli futbolçular birbaşa Ankaraya

7 İyn 2010
Milli futbolçular birbaşa Ankaraya
`Qarabağ`ımız hazırlıqlarını davam etdirir. Gündə iki dəfə olmaqla hazırlıqlarını Suraxanı qəsəbə stadionunda keçən komandamız avrokubok hazırlıqlarının Bakı mərhələsini yerinə yetirir. İyunun 10-unda Türkiyəyə təlim-məşq toplanışına yollanacaq komandamız Qıcılcahamamda məskunlaşacaq. Millinin düşərgəsində olan futbolçularımız dünən Bakıya dönüb. Hələlik, milli futbolçular konkret 7 futbolçu məşqlərə qoşulmur. Komandamızın çalışdırıcısı Qurban Qurbanov onlara istirahət verib. Millidən dönən futbolçuların istirahəti 9-u başa çatacaq. İyunun 10-nunda həmin futbolçular da komanda ilə birgə qardaş ölkəyə yollanacaqlar. Zədəli futbolçularımız Əfran İsmayılov və Rəşad Sadiqov isə artıq Türkiyədədirlər. Həkim müayinəsindən keçəcək futbolçular Bakıya qayıtmayacaq. Rəşadla Əfran ayın 10-unda birbaşa komandanın qaldığı otelə gələrək komandaya qoşulacaqlar.