Milli heç-heçəylə başladı

Milli heç-heçəylə başladı
Azərbaycan milli komandası 2013-cü ildə ilk oyununu keçirib.Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki təlim-məşq toplanışı çərçivəsində komandamız Özbəkistanla yoxlama matçına çıxıb.
Bakı vaxtı ilə saat 18.00-da başlanan görüşdə hesab açılmayıb.
Qeyd edək ki, millimiz Dubayda növbəti yoxlama oyununu fevralın 6-da Lixtenşteyn yığmasına qarşı keçirəcək.
18.00. Azərbaycan – Özbəkistan - 0:0
Baş hakim: Əmmar Əl Cunabi
Baş hakimin köməkçiləri: Əhməd Əl Şəmsi, Məhəmməd Əhməd Yusif
Dördüncü hakim: Abdulla Əl Ajel
Sarı vərəqə: Qara Qarayev, 83
Azərbaycanın əsas heyəti: 1.Səlahət Ağayev, 13.Vurğun Hüseynov, 6. Rəşad Sadiqov, 18. Maksim Medvedyev, 2. Bədavi Hüseynov, 11. Rauf Əliyev, 42. Cavid İmamverdiyev, 36. Rasim Ramaldanov, 10. Elvin Məmmədov, 25. Cavid Hüseynov, 7. Vaqif Cavadov
Özbəkistan: İqnati Nesterov, Stanislav Andreyev, Akmel Şarəhmədov, İslom Toxtaxujayev, Artyom Filiposyan, Casur Xasanov, Alibobo Raxmatullayev, Timur Kapadze, Əziz Heydərov, Uluqbek Bakayev, Aleksandr Qeynkix.