MİLLİ KOMANDA “QARABAĞ”IN STADİONUNDA
MİLLİ KOMANDA “QARABAĞ”IN STADİONUNDA
Məlum olduğu kimi, İyunun 1 və 4-ü tarixlərində Azərbaycan millisi ölkə xaricində müvafiq olaraq Bosniya və Hersoqavina və Andoraa milliləriylə beynəlxalq yoldaşlıq oyunları keçiricək. Yığmaya yenicə baş məşqçi təyin olunajn Berti Foqts premyerliqa klublarının şəraiti ilə tanış olarkən “Qarabağ”ın oyunlarını keçirdiyi Suraxanıdakı Tofiq İsmayılov adına qəsəbə stadionunun qazonunu çox bəyənmiş və belə bir sahədə millinin də yararlanmaq niyyətini bildirmişdi.
Avqust-noyabr aylarında “Qarabağ” FK-nin Suraxanı stadionununda apardığı köklü dəyişikliklər özünü çox gözlətmədi. Bu gün cəsarətlə deyə bilərik ki, ölkədə ən gözəl ot örtüyünə malik stadion “Qarabağ”ındır. Elə dünya şöhrətli Foqtsun da ot örtüyünü bəyənməsi əbəs yerə deyildi. Xatırladaq ki, Foqtsun istəyi ilə səfərə yollanacaq milli son iki məşqini məhz Suraxanıda keçirib. “Qarabağ”dan Fərhad Vəliyev və Vaqif Cavadov da onlara doğma olan stadionda məşq edib. Xatırladaq ki, Bu gün milli komanda ölkəni tərk edəcək.