Milli Lüksemburqla bacarmadı

8 İyn 2013
Milli Lüksemburqla bacarmadı
Futbol üzrə `DÇ-2014`ün seçmə mərhələsində növbəti oyunlar keçirilib F qrupunda yer alan Azərbaycan milli komandası seçmə mərhələdə 7-ci matçına çıxıb. Berti Foqtsun komandası doğma meydanda Lüksemburq yığmasını qəbul edib. Səfərdə rəqibi ilə 0:0 bərabərə qalan millimiz bu görüşün əsas favoriti hesab olunsa, oyundan yenə də sülhlə ayrılıb - 1:1. Qeyd edək ki, yığmamız seçmə mərhələdə növbəti matçını sentyabrın 6-da səfərdə İsrailə qarşı keçirəcək. F qrupu DÇ-2014ün seçmə mərhələsinin oyunları 21:00. Azərbaycan - Lüksemburq - 1:1 Qollar: Ruslan Abışov, 71 (1:0), Stefan Bensi, 80 (1:1) Qırmızı vərəqə: Branimir Subaşiç, 85 (Azərbaycan)