Milli qazaxlara uduzdu

single-news
4 İyn 2011

Milli qazaxlara uduzdu



AÇ-2012-nin seçmə oyunları çərçivəsində A qrupunda çıxış edən Azərbaycan milli komandası Astanada Qazaxıstana məğlub olub.
Təəssüf ki, qrupun autsayderi ilə oyunda da futbolçularımız məğlubiyyətdən yaxa qurtara bilmədi. Komandamızın qapısına vurulan hər iki qolun müəllifi ilk dəfə yığmada oynayan Sergey Qridin oldu.
Millimiz Qazaxıstan yığması ilə buna qədər 2 rəsmi oyunda qarşılaşmışdı. AÇ-2008-nin seçmə oyunlarında hər 2 görüşdə eyni hesab qeydə alınmışdı (1:1).
Milli komandamız qrupda növbəti oyununu iyunun 7-də Bakıda Almaniyaya qarşı keçirəcək.
Komandalar meydana aşağdakı heyətlə çıxıblar:
Qazaxıstan: Roman Sidorenko, Muxtar Muxtarov, Samat Smakov, Yuri Loqvinenko (Mixail Rojkov, 65), Kazbek Geteriyev, Kayrat Nurdauletov (k), Ulan Konısbayev, Haynrix Şmidtqal, Marat Xayrullin (Aleksandr Kirov, 82), Sergey Qridin, Sergey Ostapenko (Sergey Xijniçenko, 78)
Azərbaycan: Kamran Ağayev, Rail Məlikov, Rəşad Sadıqov (k), Vladimir Levin, Maksim Medvedev, Ruslan Abışov, Rəşad Sadiqov, Əfran İsmayılov, Cavid Hüseynov (Vüqar Nadirov, 61), Vaqif Cavadov, Rauf Əliyev (Murad Hüseynov, 78)

A qrupu
3 iyun
Qazaxıstan – AZƏRBAYCAN – 2:1
Qollar:Sergey Qridin, 58, 68 - Vüqar Nadirov, 63
Baş hakim: Euan Norris
Baş hakimin köməkçiləri: Ceyms Bee, Alasdair Ross
Dördüncü hakim: Alan Muir
(Hakimlər briqadası Şotlandiyadandır)


1 Almaniya   5 5 0 0 17 1 15
2 Belçika    6 3 1 2 14 9 10
3 Türkiyə    5 3 0 2 8 6 9
4 Avstriya   5 2 1 2 9 8 7
5 AZƏRBAYCAN 5 1 0 4 4 15 3
6 Qazaxıstan 6 1 0 5 2 15 3

Paylaş

// pop up