Milli Qəhrəman Allahverdi Bağırovun xatirə turniri keçirilib

single-news
23 Apr 2021

Milli Qəhrəman Allahverdi Bağırovun xatirə turniri keçirilib



“Qarabağ” Futbol Klubunun və “ASAN Könüllülük” Məktəbinin birgə təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun xatirəsinə həsr olunmuş “Dostluq” futbol turniri keçirilib.

 

Yarışda 12 qurumun könüllülərindən ibarət komandaları iştirak edib. 1-ci yer uğrunda həlledici matçda Təhsil könüllülərinin “Bir könüllü” komandası ilə “Ədliyyə könüllüləri” qarşılaşıb. Matçın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Penaltilər seriyasında daha dəqiq oynayan “Bir könüllü” komandası turnirin qalibi olub.


Mükafatlandırma mərasimində klubumuzun direktoru Əmrah Çelikel, “Qarabağ”ımızın baş məşqçisi Qurban Qurbanov və “ASAN Könüllülük” Məktəbinin rəhbəri Cahangir Hacıyev iştirak ediblər.

 

Tədbiri giriş sözü ilə açan Cahangir Hacıyev çıxışında dəstəyə görə, “Qarabağ” Futbol Klubuna təşəkkür edib, gənclər arasında belə yarışların keçirilməsinin vacibliyini dilə gətirib. Cahangir Hacıyev mükafatçıları təbrik edərək, turnirin ənənəvi olacağını söyləyib.

 

Klubumuzun direktoru Əmrah Çelikel yarış iştirakçılarını salamlayıb və gənclərin diqqətinin bu əlamətdar təqvim gününə - Allahverdi Bağırovun doğum gününə cəlb edilməsinin əhəmiyyəti barədə danışıb. Əmrah Çelikel bildirib ki, bu turnirin təşkili şəhid adına verilən yüksək qiymətin təzahürüdür.

 

Komandamızın baş məşqçisi Qurban Qurbanov yarışın əhəmiyyətindən danışaraq bildirdi ki, belə turnirlərin keçirilməsi gənclərin həm fiziki hazırlıqlarına, həm də vətənpərvərlik tərbiyəsinə müsbət təsir göstərir. Qurban Qurbanov Vətən uğrunda canlarını fəda edən bütün şəhidlərimizin, o cümlədən Allahverdi Bağırovun xatirəsinin daim xalqımızın qəlbində yaşayacağını qeyd edib:

 

“Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olanların xatirəsi həmişə hörmətlə anılır. Komandamızın keçmiş futbolçusu və baş məşqçisi olmuş Allahverdi Bağırovla həmişə fəxr edib öyünürük. Allah bütün şəhidlərimizə rəhmət etsin”.

 

Sonda isə qalib və mükafatçılara diplom və hədiyyələr verilib.

 

May be an image of one or more people and text

May be an image of 2 people, people standing, people playing sports and grass

May be an image of 5 people, people standing, people playing football and grass

May be an image of 3 people, people standing, people playing football and grass

May be an image of one or more people, people standing, people playing sports and grass

May be an image of one or more people, people standing and outdoors

May be an image of 3 people, people standing, people playing sports and outdoors

May be an image of 8 people, people standing and outdoors

May be an image of 10 people, people standing and outdoors

May be an image of 2 people and people standing

May be an image of 3 people and people standing

May be an image of 1 person

May be an image of 5 people and people standing

May be an image of 3 people, people standing and outdoors

May be an image of 1 person and standing

May be an image of 10 people and people standing

 

Paylaş

// pop up