Milli qürur matçı (EXPRESS, 04.06.2005)

single-news
4 İyn 2005

Milli qürur matçı (EXPRESS, 04.06.2005)



Bu gün saat 20.00-da yığmamız növbəti sınağına çıxacaq. Dünya çempionatının seçmə mərhələ oyununda Polşayla matçda millilərimiz həm də səfərdəki 0:8 hesablı məğlubiyyətin əvəzini çıxmalıdı. Polşayla səfərdə qarşılaşdığımız zaman cavab oyununun bizlər üçün necə əhəmiyyətli olacağı üzə çıxdı. Polşa yığmasıyla Bakıdakı matç ilk növbədə qisas almaq baxımından vacibdi. Və bununla da Varşavadakı 0:8 hesablı məğlubiyyətin təsadüfi olduğunu sübuta yetirməliyik. Həm də unutmaq olmaz ki, Pavel Yanasın komandasıyla mücadilə bu il doğma publika qarşısında millimizin ilk rəsmi oyunu olacaq. Heyətlə bağlı ciddi problem olmasa da, millinin düşərgəsinə çağırılanlardan İlqar Qurbanovla Dmitri Kramarenkonun yüngül zədəsinin olması narahatlığa əsas verir. Bugünkü matçı işıqlandırmaq üçün Polşadan 23 жØurnalist Baı©¥yaəşrif buyurub. Türkiyədən də 30-a yaxın televiziya işçisinin ölkəmizə gəlişi nəzərdə tutulub. Əsas yığmaların qarşılaşmasından bir gün əvvəl baş məşqçilərin mətbuat konfransı keçirəcəyini gözləsək də, bu baş vermədi. Ənənəvi mətbuat konfransı matçdan sonra olacaq. Media işçilərinə hər iki yığmanın oyunçuları avtobuslarına tərəf gedərkən onlarla söhbətləşmək imkanı yaradılacaq. Srağagün AGİT naziri Əbülfəs Qarayev Tofiq Bəhramov adına Respublika stadionunda olaraq, vəziyyətlə yaxından tanış olub. Stadionun direktoru Akif İsmayılovla birgə arenanı gəzən nazir qarşıdakı matçın keçirilməsində təşkilati işlərlə bağlı məsələlərə xüsusi diqqət yetirib. Stadionda mətbuat konfransı keçirilən zalda görüş zamanı Əbülfəs bəy təhlükəsizlik məsələlərinin gücləndirilməsiylə bağlı hüquq-mühafizə orqanlarıyla fikir mübadiləsi aparıb. Qarayev Polşada acınacaqlı məğlub olan milli komandamızın doğma meydanda daha yaxşı çıxış edəcəyinə və belə nəticələrin bir daha təkrarlanmayacağına inam bəslədiyini ifadə edib. Əbülfəs bəy həmçinin ölkə prezidenti İlham Əliyevin də matçı izləməyə gələcəyini dilə gətirib. "Polşada mən DÇ-yə qatılmağa ən real namizədlərdən birini gördüm" - Bu sözləri yığmamızın baş məşqçisi Karlos Alberto Torres 0:8 hesablı yenilgidən bir neçə gün sonra ingilis жurnalistlərə verdiyi mЁ№sahiədə demişdi. Söz yox ki, o daha çox Varşava faciəsinin təsiri ilə belə danışırdı. Amma bütün hallarda onun səhv fikirdə olduğunu demək olmaz. Faktiki olaraq İngiltərədən başqa qrupumuzdakı heç bir komanda indi polyaklarla mübarizə aparacaq gücdə deyil. Birinci pilləni tutumağa ən real namizədə Sven-Yoran Erikssonun yetirmələri olsa da, britaniyalıların cəmi bir xal qabaqladığı Polşa yığması sonuncu turda sensasiyaya imza atmaqla (oktyabrın 12-də İngiltərə Polşanı qəbul edəcək) final mərhələsinə birbaşa vəsiqə ala bilər. Əlbəttə bunlar rəqibimizlə bağlı ən xoş ehtimallardı. Həmin oyunadək panlar daha üç dəfə meydana çıxmalıdı və əlbəttə ki, xal itkisi yolverilməzdi. Ymumilikdə polyakların heyəti bu vəzifənin öhdəsindən gəlməyə imkan verəcək gücdədi. Hətta iddia etmək olar ki, hazırki Polşa yığması 2002-ci ildə DÇ-nin final mərhələsinə vəsiqə qazanan komandadan da səviyyəlidi. Hər halda həmin vaxt şərqi avropalılar daha çox milliləşdirilmiş nigeriyalı Emmanuel Olisadebenin oyunundan asılı idisə, indi Yanasın sərəncamında matçın taleyini həll edə biləcək oyunçularfın sayı daha çoxdu. Qısası, Torresin də dediyi kimi, Polşa yığmasının DÇ-yə qatılmaq və orada uğur qazanmaq şansı pis deyil. İndi finişə dörd tur qalır və yığmamızla oyun Yanasın yetirmələri üçün həm də ona görə əhəmiyyətlidi ki, qələbə təqdirində panlar qrup liderinə çevrilib psixoloжØiüstünlük qazanacaq. Çünki bu gün qrupumuzdakı yeganə matç Bakıda baş tutacaq. Qalan rəqiblərimiz istirahət edir. Polşanın Bakıdan qələbəylə dönməməsi üçün ciddi əsas yoxdu. İş orasındadı ki, 0:8-dən ötən dövr ərzində rəqibin heyətində nə ciddi itki baş verib, nə də komanda hər hansı arzuolunmaz nəticəyə imza atıb. Əksinə, millimizlə oyundan 4 gün sonra Şimali İrlandiyanı "ev"ə xalsız yola salmaqla vəziyyətini bir qədər də yaxşılaşdıran panlar, növbəti iki ayda keçirdiyi yoldaşlıq görüşlərində də yenilgi üzü görməyib. Martda yığmamızın darmadağınında fəal iştirak edən oyunçuların az qala hamısı bu gün start heyətində meydana çıxa bilər. Yalnız ikinci hissədə oyuna daxil olub dubl edən Marek Saqanovski pytaxtımıza gətirilməyib. Qısası, Polşanı bu görüşün də favoriti saymaq üçün kifayət qədər əsas var və fövqəladə bir hadisə baş verməsə Yanasın yetirmələri vətənə üç xalla dönə bilər. Belə nəticə həm də millimizin uğurlu seriyasının qırılmasıyla əlamətdar olardı. Polşadan gələn nümayəndə heyətini müşayiət edən жurnalistlər artıq ölkəmizdə keçirdiyi iki günlə bağlı qeydlərini təmsil etdikləri KİV-lərə göndərməkdədi. Onların ən çox toxunduğu mövzu Bakıda havaların isti keçməsidi. Srağagün Respublika stadionunda keçirilən məşqi izləyən "Viborkça" qəzetinin əməkdaşı panların isti havada oyuna hazırlaşmasından lap ürək ağrısı ilə bəhs edib. Onun qeydlərinə inansaq, Türkiyə çempionatında çıxış edən Miroslav Şimkovyak istisna olmaqla qalan oyunçular belə havada xeyli əziyyət çəkirmiş. Əsasən də Juravski yüksək temperaturdan şikayətlənib. Yanas isə matç vaxtı istiliyin uzaqbaşı 25 dərəcə olacağını bildirməklə yetimələrinə ürək-dirək verməyə çalışıb. Şimkovyakın isə qələbəylə bağlı öz planları var: "Erkən qol vurmalıyıq. Belə olsa, matçboyu əlavə güc sərf etməyimizə ehtiyac qalmaz. Əksinə, hesabı bərabərləşdirmək istəyən meydan sahibləri irəli atılacaq. Nə qədər belə hava şəraitinə öyrəşsələr də, onların da yorulacağını düşünürəm". Məşqin sonlarına yaxın Krжınovekin zədələnməsi də qələm əhlini üzüb. Millinin həkimi İrji Qrjivokun onu ayağa qaldırmaq yönündəki ilkin cəhdləri müsbət nəticə verməyib. Krjınoveklə bağlı son qərar bu gün veriləcək. Bizim jurnalistlərlə söhbət "www.pzpn.pl" saytının əməkdaşında belə bir təəssürat formalaşdırıb ki, Azərbaycanda bu oyuna milli qürur məsələsi kimi yanaşılır: "İki ay öncə qeydə alınan 0:8 hesablı yenilgiyə baxmayaraq onlar arasında qələbəyə inananlar da var. Çoxları sübut etməyə çalışır ki, həmin biabırçılığın səbəbkarı azərbaycanlı oyunçular yox, braziliyalı məşqçilər korpusudu". Daha bir maraqlı məqam Polşa yığmasının Bakıya ölkə prezidenti Aleksandr Kvasnevskinin istifadə etdiyi təyyarə ilə gəlməsidi. Qonaqlar vətənə də eyni təyyarə ilə qayıdacaq.

Paylaş