Millidən birbaşa Ağdama
15 Apr 2010
Millidən birbaşa Ağdama
`Qarabağ`ımız bu gün Ağdama yollanacaq. Şənbə günü Ağdamda premyerliqanın final mərhələsinin 6-cı turunda `Bakı`nı qəbul edəcək komandamız bu gün səhər məşqindən sonra Quzanlıya yola düşəcək. Suraxanı qəsəbə stadionunda keçirilən çalışmadan sonra nahar edəcək komandamız günorta yola düşəcək. Məlum olduğu kimi, millinin təlim-məşq toplanışı ilə əlaqədar olaraq 7 futbolçumuz yığmanın düşərgəsindədi. Milli üzvləri də yığmada səhər məşqini edib dərhal komandaya qoşulacaq və Ağdama yola düşəcək. Fərqli səbəblərdən millidən ayrı düşən Rəşad Sadiqov və Vüqar Nadirovla yanaşı zədədən əziyyət çəkən Aftandil Hacıyev də komandayla birgə Ağdama yollanacaq.
Xatırladaq ki, `Qarabağ` - `Bakı` oyunu aprelin 17-si saat 16:00-da keçiriləcək.