MİLLİDƏN QƏLƏBƏ, ASLANDAN REKORD

single-news
23 Avq 2007

MİLLİDƏN QƏLƏBƏ, ASLANDAN REKORD



Dünən Tacikistanda yerli ölkənin millisiylə qarşılaşan Azərbaycanın eyni hüquqlu komandası görüşdən 3:2 hesabıyla qalib gəlib. Bu qələbə bir sıra amillərə görə yadda qalıb. İlk növbədə komandamız 3 ildən sonra səfərdə özüdə 3 qolla qalib gəlməyi bacardı. Eyni zamanda millimiz tarixində ilk dəfə olaraq ardıcıl 4 matçda Finlandiya, Polşa, Qazaxıstan və Tacikistana qol vurdu.

“Qarabağ”ı yığmada təmsil edənlərə gəlincə, ilk hissədə qapını qoruyan Fərhad Vəliyev ikinci yarının başlanğıcında əvəzləndi. Murad Ağakişiyev isə 54-cü dəqiqədən etibarən meydanda top qovmağa başladı. Digər oyunçumuz Aslan Kərimov isə bütün 90 dəqiqə meydanda qalmaqla yanaşı əlamətdar rekordu da gerçəkləşdirib. Belə ki, “Qarabağ” və Azərbaycan millisinin kapitanı milli formada 76-cı matçına çıxaraq hamını arxada qoydu. Xatırladaq ki, buna qədər yığmada ən çox oyun keçirən Tərlan Əhmədov idi (75). Kapitanımızın qələbə və rekord haqqında təəssüratlarını tezliklə saytımızdan öyrənə bilərsiniz...

Tacikistan - Azərbaycan  2:3

Qollar: R. Baratov,18 (1:0), S. Əliyev, 25(1:1), B. Subaşiç (1:2), K. Səidov, 31 (2:2), S. Əliyev 43 (2:3)

Paylaş

// pop up