Millilərimiz geri döndü

10 Sen 2013
Millilərimiz geri döndü
`Qarabağ`ımız `Rəvan`la oyunun hazırlıqlarını davam etdirir. Milli oyunlarla əlaqədar `Qarabağ`ımız məşqlərini sadəcə 10 futbolçuyla davam etməyə məcbur olmuşdu. Artıq Azərbaycan millisinin düşərgəsində olan Rəşad Sadıqov, Maksim Medvedev, Bədavi Hüseynov, Qara Qarayev, Vüqar Nadirov geri dönüblər. Amma Ansi Aqolli, Admir Teli hələ də Albaniya, Nikolas Gelaşvili isə Gürcüstan yığmasının düşərgəsindədir. Ulrix Kapolonqo isə Konqo DR-in heyətində qol vuraraq millisini məğlubiyyətdən qurtarıb geri dönür.
Qeyd edək ki, `Rəvan` - `Qarabağ` oyunu Sentyabrın 13-ü Saat 19:00-da `Bayıl-arena`da keçiriləcək.
Qeyd edək ki, `Rəvan` - `Qarabağ` oyunu Sentyabrın 13-ü Saat 19:00-da `Bayıl-arena`da keçiriləcək.