MİLLİMİZ 2-CİLİYİ 2 QƏLƏBƏYLƏ ƏLDƏ ETDİ
MİLLİMİZ 2-CİLİYİ 2 QƏLƏBƏYLƏ ƏLDƏ ETDİ
Qazaxıstanın Çimkənd şəhərində keçiriləm “Alma TV” kubokuna qatılan Azərbaycan millisi bu gün səhər artıq vətənə dönüb. Xatırladaq ki, millimiz və meydan sahibləri ilə yanaşı turnirə Özbəkistan və Qırğıstan milliləri də qatılmışdı. Millimiz ilk oyununu özbəklərə qarşı keçirib. Ümumuiyyətlə, turnirə eksperimental heyətlə yollanan millimiz minimal hesabla olsa da qalib gələ bilib. Matçın 55-ci dəqiqəsində mkomandanın debütantı Branimir Subaşiçin vurduğu qol eyni zamanda millimizin uzun sürən qalibiyyətsizlik seüriyasına son qoydu. Maraq üçün qeyd edək ki, Azərbaycan 1 ay öncə də Daşkənd eyni milliylə qarşılaşmış və meydandan qolsuz bərabərliklə ayrılmışdı.
Millimiz növbəti görüşünü isə meydan sahibləri ilə kemirib. AÇ-nin seçmə mərhələsində də rəqibimiz olan qazaxlar matçın sonuna 9 dəqiqə qalmış Folisinenkonun qoluyla qələbə qazanıb.
Sonuncu görüşdə sə millimiz Qırğızıstanla qarşılaşıb. Turnirdə qələbə qazanmaq üçün asiyalıları yenməklə yanaşı qazaxlıların iki top fərqiylə yenilməsiylə yanaşı, bizim də qırğızların qapısından ən azı 6 top keçirməsi lazım idi. Lakin Azərbaycan qalib gəlsə də turnirdə ikinciliklə razılaşmalı olub. Marqlıdı ki, sonuncu görüşdə də komandamız eyni hesqabla meydandan ayrıldı. Yeganə qolu isə millimizin gənc forvardı Vaqif Cavadov 18 –ci dəqiqədə qapıdan keçirdi.
1. Qazaxıstan 3 2 1 0 4-1 7
2. AZƏRBAYCAN 3 2 0 1 2-1 6
3. Özbəkistan 3 1 1 1 7-2 4
4. Qırğızıstan 3 0 0 3 0-9 0