Millimiz 2 pillə də irəlilədi

single-news
16 Dek 2009

Millimiz 2 pillə də irəlilədi



Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FİFA) milli komandaların dekabr ayı üçün reytinq cədvəlini açıqlayıb.  Azərbaycan milli komandası ötən ayla müqayisədə 2 pillə irəliləyib. 114-cü yerə yüksələn yığmamızın hesabında 236 xal var. Milli komandamız UEFA-nın reytinqində 1 pillə irəliləyərək, 45-ci yerə yüksəlib. Berti Foqtsun baş məşqçisi olduğu yığmamız son üç reytinqdə artıq 16 pillə irəliləyib.

Reytinq cədvəlində ilk “üçlük”də dəyişiklik olmayıb. Son Avropa çempionu İspaniya (1627 xal) 1-ci, dünyanın ən titullu yığması Braziliya (1568 xal) 2-ci, Hollandiya (1288 xal) 3-cü yerdəki mövqelərini qoruyublar

Paylaş

// pop up