Millimiz 7-yə yüksəldi

single-news
6 Sen 2011

Millimiz 7-yə yüksəldi



Millimiz Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Qazaxıstanı qəbul edib. İlk yarıda yığmamız Ostapenkonun vurduğu qolla yenik duruma düşüb. Amma 2-ci yarıda `Qarabağ`lıların `işə` düşməsi ilə oyunun taleyi dəyişib. Mahir Şükürovun Belçikayla oyundakı asmasının təkrarıdna forvardımız eyni dəqiqliklə tamamladı. Ardınca Rauf penaltini qazandı, bu dəfə Mahir vuraraq komandamızı hesabda önə keçirdi. 3-cü qolda da `Qarabağ` imzası avrdı. Əfranın yaratdığı imkanda `Qarabağ`ımızın yetirməsi Vaqif Cavadov 3-cü dəfə fərqləndi.  Düzdü, qazaxlar hesab arasındakı fərqi azaltsalar da bu ümumi qələbəyə təsir etmədi və millimiz turnirdə xallarının sayını 7-ə yüksəltdi.
Avro-2012-nin seçmə mərhələsi

I qrup

20:00. AZƏRBAYCAN – QAZAXISTAN - 3:2
QOLLAR: Ostapenko, 21, Rauf Əliyev, 54, Mahir Şükürov, 62-p., Vaqif Cavadov, 68, Yevstiqneyev, 77
SARI VƏRƏQƏLƏR: Loqvinenko, 50, Qurman, 78, Şükürov, 88
Azərbaycan: 1. Kamran Ağayev, 4. Mahir Şükürov, 7. Vaqif Cavadov, 8. Aleksandr Çertoqanov (10. Branimir Subaşiç, 46), 11. Rauf Əliyev, 13. Vurğun Hüseynov, 14. Raşad Sadıqov (k), 16. Aqil Nəbiyev (3. Saşa Yunisoğlu, 13), 19. Rahid Əmirquliyev, 20. Ufuk Budak, 22. Əfran İsmayılov (15. Ruslan Abışov, 88).
Ehtiyat oyunçular: 23. Andrey Popoviç, 2. Rail Məlikov, 6. Rəşad Sadiqov, 21. Elşən Məmmədov.
Baş məşqçi: Berti Foqts.
Qazaxıstan: 12. Aleksandr Mokin, 2. Aleksandr Kirov, 3. Yuri Loqvinenko, 5. Mark Qurman, 6. Kayrat Nurdauletov (k), 7. Jambıl Kukeyev (10. Marat Xayrullin, , 60), 11. Ulan Konysbayev, 14. Marat Şaxmetov (13. Serikcan Mujikov, 70), 17. Sergey Qridin, 20. Sergey Ostapenko, 21. Mixail Rojkov.(23. Vitali Yevstiqneyev, 77)
Ehtiyat oyunçular: 1. Anton Tsirin, 16. Maksat Baycanov, 18. Nurtas Kurgulin, 19. Sergey Xijniçenko.
Baş məşqçi: Miroslav Beranek.
Baş hakim: Anders Hermansen
Hakim köməkçiləru: Martin Vulf, Anders Norrestrand, Kenn Pii Hansen (hamısı Danimarka)
Hakim-inspektor: Marinus Koopman (Hollandiya)
UEFA nümayəndəsi: Velid İmamoviç (Bosniya və Herseqovina)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

Paylaş

// pop up