Millimiz Fələstinə uduzdu

single-news
1 Mar 2012

Millimiz Fələstinə uduzdu



Fevralın 22-dən etibarən Birləşmiş Ərəb Əmirliklərin Dubay şəhərində təlim-məşq toplanışında olan Azərbaycan milli komandası sonuncu yoxlama matçına çıxıb.
Berti Foqtsun komandası hazırda FİFA reytinqində 162-ci pillədə olan Fələstin yığmasına 0:2 hesabı ilə məğlub olub.
İlk görüşündə Sinqapurla heç-heç oynayan (2:2) millimiz ardından Hindistan yığmasını 3:0 hesabı ilə məğlub etdi.

Qeyd edək ki, bu oyunla milli komandamızın Dubay təlim-məşq toplanışı başa çatdı.
 
29 fevral
AZƏRBAYCAN – FƏLƏSTİN- 0:2
QOLLAR: Əşrəf Əlfavaqra, 39, Əbuhəbib, 79
Qırmızı vərəqə: Rəşad Sadiqov, 41
Baş hakim: Əli Həmad (Birləşmiş Ərəb Əmirlikləri)
Baş hakimin köməkçiləri: Saleh Əlmarzoqi, Məhəmməd Əbdallah, Yaqup Qasem (hamısı Birləşmiş Ərəb Əmirlikləri)
Dubay. `The Sevens` stadionu

AZƏRBAYCAN: 1.Kamran Ağayev, 4. Mahir Şükürov, 6. Rəşad Sadiqov, 9. Bədavi Hüseynov, 10. Branimir Subaşiç, 11. Rauf Əliyev, 13. Hacı Əhmədov, 14. Rəşad Sadıqov (k), 16. Arif Daşdəmirov, 17. Vüqar Nadirov, 20. Ufuk Budak

FƏLƏSTİN: 21. Əli Tahfik, 23. Omər Caron, 8. Əhməd Mahayna, 2. Raed Fares, 15. Musa Əbucazar, 3. Hüsam Əbusalah, 14. Mohammed Şbair, 20. Mali Kavare, 11. Xaled Salem, 9. Əşrəf Əlfavaqra, 10. Fahed Attal (k)

Paylaş

// pop up