Millimiz FİFA reytinqində irəlilədi

single-news
5 Sen 2012

Millimiz FİFA reytinqində irəlilədi



FİFA  milli komandaların sentyabr ayı üçün yeni reytinq siyahısını açıqlayıb.

 Azərbaycan milli komandası ötən ayla müqayisədə 1 pillə irəliləyib. Berti Foqtsun komandası hazırda 324 xalla 107-ci pillədə qərarlaşıb. 

`DÇ-2014`dəki rəqiblərimizə gəldikdə isə yenə ən yaxşı göstərici Portuqaliya millisinə məxsusdu. Prineylilər 1 pillə irəliləyərək 1232 xalla 4-cü sıraya yüksəlib. Rusiya yığması isə 2 pillə geriləyərək 990 xalla 13-cü yerə yuvarlanıb.

İsrail isə (+7) 75-ci, Şimali İrlandiya (-29) 129-cu, Lüksemburq isə (4) 106-cı mövqedə qərarlaşıb.

Siyahıya yenə İspaniya başçılıq edir. Son Avropa və dünya çempionlarının aktivində 1617 xal var. Almaniya millisi 1437 xalla ikinci, İngiltərə yığması isə 1274 xalla üçüncüdür.

Paylaş

// pop up