Millimiz ili qırqızlarla qolsuz bitirdi

Millimiz ili qırqızlarla qolsuz bitirdi
Azərbaycan milli komandası növbəti yoxlama matçına çıxıb. Berti Foqtsun yetirmələri səfərdə Qırğızıstan millisi ilə üz-üzə gəlib. Bu millimizin 2013-cü ildəki son oyununu olub.
4 gün öncə Estoniya yığmasına 1:2 hesabı ilə uduzan komandamız bu dəfə də qələbəyə həsrət qalıb. Belə ki, millimiz zəif rəqiblə görüşdə bərabərliklə kifayətlənib – 0:0.
Bu matçadək ardıcıl 3 məğlubiyyət alan Asiya təmsilçisi uğursuz seriyasına məhz yığmamızla matçda son qoyub. Əvvəl 2 dəfə qarşılaşdığı rəqibi hər 2 matçda məğlub edən Azərbaycan yığması bu dəfə eyni uğuru təkrarlaya bilməyib.
Yoldaşlıq oyunu
19 noyabr
QIRĞIZISTAN – AZƏRBAYCAN - 0:0
Baş hakim: Artyom Kuçin
Hakim köməkçiləri: Sergey Vassyutim, Serik Jappasbayev (hamısı Qazaxıstan)
Bişkek. “Dolen Omurzakov" adına stadion
Azərbaycan: Səlahət Ağayev, Bədavi Hüseynov, Rasim Ramaldanov, Mahir Şükürov, Elnur Allahverdiyev, Vaqif Cavadov, Cihan Özkara, Rüfət Dadaşov, Rauf Əliyev, Rahid Əmirquliyev, Taşkın İltər
Ehtiyat oyunçular: Fərhad Vəliyev, Vladimir Levin, Əli Gökdəmir, Ruslan Əmircanov, Pərdis Fərcad-Azad, Vurğun Hüseynov, Ufuk Budak, Cavid Hüseynov, Vüqar Nadirov, Maksim Medvedev, Anar Nəzirov
Baş məşqçi: Berti Foqts
Qırğızıstan: Pavel Matyaş, Valeri Kiçin, Tahir Avçiyev, Davron Askarov, Farux Abitov, Vadim Xarçenko, Maka Kum, Anatoli Vlasiçev, Axletdin İsrailov, Xurşit Lutfullayev, Devid Tettex.
Ehtiyat oyunçular: Maksim Zinçenko, Ruslan Amirov, Artur Mullacanov, Ari Qlaydja, Aziz Sıdıkov, Azamat Baymatov, Kayrat Jilqarbekoqlu, İldar Amirov, İvan Filatov
Baş məşqçi: Sergey Dvoryankov