Millimiz ilk məğlubiyyətini aldı

single-news
12 Sen 2012

Millimiz ilk məğlubiyyətini aldı



`DÇ-2014`ün seçmə mərhələsi çərçivəsində növbəti oyunlar keçirilib.

 Azərbaycan milli komandası bu axşam seçmə mərhələdə ikinci matçına çıxıb.

Berti Foqtsun komandası səfərdə Portuqaliya millisinin qonağı olub. İlk görüşündə Bakıda İsrail yığması ilə 1:1 bərabərə qalan millimiz səfərdən də xalla ayrılmağa çalışacaqdı.

Lakin bu elə də asan görünmürdü. Dörd gün öncə səfərdə Lüksemburqa 2:1 hesabı ilə qalib gələn Portuqaliya millisi doğma azarkeşləri önündə keçirəcəyi ilk görüşündə qələbə qazanmaq niyyətində idi ki, bunu da böyükhesabla həyata keçirib - 3:0.

 11 sentyabr

 

00:15. Portuqaliya - Azərbaycan - 3:0
Qollar: Valera, 63 (1:0), Poştiqa, 85 (2:0), Bruno Alveş, 88 (3:0)
Hakimlər: Simon Marçiniak, Pavel Sokolniçki, Radoslav Siejka, Robert Malek (hamısı Polşadandır)
AXA Stadium. Braqa


Portuqaliya: Rui Patrisio, Brunov Alves, Pepe, Veloso (Varela, 63), Koentrao, Ronaldo (k), Moutinyo, Raul Meireles, Nani, Joao Pereyra, Poştiqa

Azərbaycan: Kamran Ağayev, Əli Gökdəmir, Mahir Şükürov, Elnur Allahverdiyev, Cihan Özkara (Branimir Subaşiç, 73), Rəşad Sadıqov (k), Ruslan Abışov, Cavid Hüseynov (Əfran İsmayılov, 59), Maksim Medvedyev, Rahid Əmirquliyev, Vladimir Levin

Ehtiyat oyunçular: Anar Nəzirov, Aqil Nəbiyev, Elvin Məmmədov, Vaqif Cavadov, Aleksandr Çertaqanov, Branimur Subaşiç, Rauf Əliyev, Bədavi Hüseynov, Vüqar Nadirov, Nizami Hacıyev, Əfran İsmayılov, Aqil Məmmədov

Paylaş

// pop up